Azərbaycan xam neft ixracından gəlirlərini 47% artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan xam neft ixracından gəlirlərini 47% artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 4,867 mln. ton xam neft ixrac edilib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

Əvəzində Azərbaycan xam neft ixracından gəlirlərini artırıb. Belə ki, 3 ay ərzində xaricə satılmış “qara qızıl”ın dəyəri 1,988 mlrd. ABŞ dolları olub ki, bu da illik müqayisədə 46,9% çoxdur.

Qeyd edək ki, hesabat dövründə xam neft ixracı Azərbaycanın ümumi ixracında 76,3%-lik paya malik olub. 

Mənbə: Report.az