Azərbaycan xalis maliyyə aktivlərini 3 milyard dollardan çox artırıb | Banco.az

Azərbaycan xalis maliyyə aktivlərini 3 milyard dollardan çox artırıb

Bu ilin I yarısında Azərbaycan xalis maliyyə aktivlərini 3 376,3 milyon ABŞ dolları artırıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.

Məlumata görə, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 62,8 milyon ABŞ dolları artması (ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə az), portfel investisiyalarının 280,5 milyon dollar artması (10 % çox), digər investisiyaların isə 3 033,0 milyon dollar artması (11,8 dəfə çox) təmin edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram