Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcək | Banco.az

Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcək

Azərbaycan, Ermənistan, Ukrayna, Rusiya və Belarusun koronavirus test nəticəsi neqativ olan vətəndaşları martın 1-dən etibarən  Gürcüstana səfər edə biləcəklər.

Bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natiya Turanava açıqlama verib.

Baş nazir İrakli Qaribaşvilinin bu gün keçirilən brifinqdə açıqlamasına görə, martın 1-dən etibarən Batumidə, martın 8-dən etibarən isə digər bütün şəhərlərdə restoranların qapalı məkanlarda xidmət göstərməsinə icazə veriləcək. Qaribaşvili həmçinin şəhərlərarası nəqliyyatın fevralın 25-dən etibarən bərpa olunacağını qeyd edib.

Bununla yanaşı ölkədə 2020-ci ilin 28 noyabr tarixindən tətbiq olunan komendant rejiminin qüvvədə qalacağı bildirilib. Qaydaya görə, axşam saat 9-dan səhər saat 5-ə qədər çölə çıxmaq qadağandır.

Qafqazinfo

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram