"Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilər" | Banco.az

"Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilər"

Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər.

Bu barədə “Henley & Partners” şirkətinin tərtib etdiyi “Pasportlar indeksi”ndə qeyd olunur.

“2020-ci ilin I rübündə Azərbaycan reytinqdə 76-cı yeri qoruyub. Ümumilikdə Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səfər edə bilərlər”, - 2019-cu ilin ikinci rübünə yenilənmiş "Pasportlar indeksi”ndə bildirilir.

İndeksdə birinci yerdə Yaponiyadır. Bu ölkənin vətəndaşları 191 ölkəyə vizasız səyahət edə bilərlər.

Sinqapur 190 ölkə ilə 2-ci yeri qoruyub. Cənubi Koreya və Almaniya 189 istiqamət ilə 3-cü yeri bölüşürlər.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ və Böyük Britaniya reytinqdə bir pillə yüksələrək 7-ci yeri bölüşüb (vizasız 185 ölkə). Finlandiya, İtaliya, Lüksemburq və İspaniya 188 ölkə ilə 4-cü, Danimarka və Avstriya 187 ölkə ilə 5-ci yeri bölüşüblər.

Reytinqdə Rusiya 118 ölkə ilə 51-ci, Türkiyə - 55-ci yerdə qərarlaşıb (111 istiqamət).

Əvəllki kimi, Əfqanıstan İndeksdə geridədir. Bu ölkənin vətəndaşları vizasız cəmi 26 ölkəyə səfər edə bilərlər.

İnterfaks

Ən sərfəli krediti almaq üçün müraciət et