Azərbaycan və Rusiya maliyyə sektorunda əməkdaşlıq edəcək | Banco.az

Azərbaycan və Rusiya maliyyə sektorunda əməkdaşlıq edəcək

Azərbaycan və Rusiya milli qanunvericilikləri və pul-kreditsiyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edib.

Bu barədə iki ölkənin ötən gün imzaladığı "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də bildirilir.

Sənəddə həmçinin deyilir ki, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et