Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığını genişləndirir | Banco.az

Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığını genişləndirir

Gələn ilə nəzərdə tutulmuş Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 15-ci iclası Yekaterinburqda keçiriləcək. Məlumata görə, bu barədə İTAR-TASS agentliyinə Rusiyanın Sverdlovsk vilayətinin Xarici İqtisadi Əlaqələr Nazirliyinin mətbuat katibi Yelena Palatkina bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar vilayət hökuməti Rusiyanın İqtisadi İnkişaf Nazirliyindən rəsmi təsdiqləmə alıb.

İclasın Uralın paytaxtında keçirilməsi təklifini qubernator Yevgeni Kuyvaşev yazda Azərbaycana səfəri gedişində irəli sürüb. Region hakimiyyəti hesab edir ki, Uralda dövlətlərarası müşavirənin keçirilməsi əməkdaşlığın regional aspektlərinin federal səviyyədə müzakirə etməyə imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyanın Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Andrey Sobolyov izah edib: "RF Sverdlovsk vilayətində, eləcə də Azərbaycan ərazisində qarşılıqlı ticarətin aktivləşməsi, investisiya layihələrinin həyata keçirilməsi səbəbindən müxtəlif səviyyələrdə həlli tələb olunan suallar yaranır. Ona görə də biz belə müşavirələrin gündəliyinə konkret layihələr üzrə konkret təkliflər daxil etməyə çalışırıq".

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et