Azərbaycan və Rusiya bank sahəsində əməkdaşlıq edəcək (video) | Banco.az

Azərbaycan və Rusiya bank sahəsində əməkdaşlıq edəcək (video)

Bu gün Azərbaycan Beynəlxalq Bankı Rusiyanın “Roseksimbank” ilə əməkdaşlıq sazişi imzalanıb. Müqaviləyə əsasən banklar arasında hesablaşmalarda milli valyutalardan, yəni manat və rubldan istifadə olunacaq.

Roseksimbank (Государственный специализированный Российский экспортно–импортный банк) - 1994-cü ildə yaradılıb və dövlət bankı hesab olunur. Əsas məqsədi ixracı, xüsusən də maşınqayırma məhsullarının ixracını stimullaşdırmaqdır. Bank mahiyyət etibarilə Rusiyanın Milli İxrac Krediti Agentliyinin funksiyalarını daşıyır.

Ən sərfəli kredit üçün müraciət et