Azərbaycan və Qətər Mərkəzi Bankları əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib | Banco.az

Azərbaycan və Qətər Mərkəzi Bankları əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Azərbaycan və Qətər Mərkəzi Bankları arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İnkişaf etməkdə olan bazar iqtisadiyyatları üçün Əl-Ula" adlı konfransı çərçivəsində Qətər Mərkəzi Bankının sədri H.E.Şeyx Bəndər Bin Məhəmməd Bin Səud Əl Tani ilə görüşdük. Görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlığın vəziyyəti və əməkdaşlığın dərinləşdirilməsi imkanları, o cümlədən məlumat və təcrübə mübadiləsi müzakirə edilib", - deyə o qeyd edib.