Azərbaycan və Gürcüstan Candargöl su anbarından birgə istifadə edəcək | Banco.az

Azərbaycan və Gürcüstan Candargöl su anbarından birgə istifadə edəcək

Azərbaycan və Gürcüstan arasında sərhəddə yerləşən Candargöl su anbarından birgə istifadəyə dair müqavilə imzalanıb.

Sənədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə cəmiyyətin nümayəndələrinin Gürcüstana səfəri çərçivəsində imza atılıb.

Səfər “Gürcüstan Meliorasiya” MMC-nin dəvəti ilə reallaşıb. Səfər çərçivəsində su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb, həmçinin Qardabani suvarma sistemlərinə baxış olub.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et