Azərbaycan və Dünya Bankı kredit sazişi imzalayıb | Banco.az

Azərbaycan və Dünya Bankı kredit sazişi imzalayıb

Azərbaycan və Dünya Bankı iki layihənin reallaşdırılması məqsədilə $150 milyon ümumi məbləğdə kredit sazişləri imzalayıb.

Bu barədə  DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.

“Sazişlər iyunun ortalarında imzalanıb və bank tərəfindən məşğulluq proqramının genişləndirilməsi və ədliyyə sisteminin inkişafına $150 milyon məbləğində kreditlərin ayrılmasını nəzərdə tutur”, - nümayəndəlikdən qeyd edibər.

2020-ci il martın 5-də Dünya Bankı məşğulluğa dəstək layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kredit ayırıb. Kredit vəsaiti 4 ili güzəştli olmaqla 14 il müddətinə ayrılıb.

5 illik dövrü əhatə edən məşğulluğa dəstək layihəsinin məqsədi Azərbaycanda əhalinin həssas təbəqələrinə iş tapmaqda, əmək bazarında özünüməşğulluq imkanlarının reallaşdırılmasında kömək etməkdir. Layihə gənclər, qadınlar, təhsil səviyyəsi aşağı olan insanlar və ölkə daxilində köçürülmüş şəxslər arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldiləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci il üçün özünüməşğulluq proqramının maliyyələşdirilmə həcmini 63 milyon manat (cari məzənnə ilə $37 milyon dollar) məbləğində qiymətləndirir.

Bundan başqa, 2020-ci il martın 26-da Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana $50 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit vəsaiti 11,5 il müddətinə təqdim olunub, bunun 4 ili – güzəştli dövrdür.

Reallaşdırılması 4 il müdətinə nəzərdə tutulan layihənin ümumi dəyəri $70 milyon təşkil edir, bunun $50 milyonu DB, $20 milyonu isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq

Ən sərfəli kredit üçün müraciət et

Kredit resursları bir neçə istiqamət üzrə istifadə olunacaq: ədliyyə xidmətlərinin göstərilmə səviyyəsinin yaxşılaşdırılması; institusional potensialın, effektivliyin, monitorinq və qiymətləndirmənin gücləndirilməsi; pilot əsaslarla qabaqcıl texnologiyaların tətbiqi; layihənin idarə olunması və əlaqələndirilməsi.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb.

İnterfaks

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et