Azərbaycan valyuta ehtiyatlarını 10% artırıb | Banco.az

Azərbaycan valyuta ehtiyatlarını 10% artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 43 548,8 mln. ABŞ dolları təşkil edib.

Bunun 87,34%-i və yaxud 38 036,1 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,66%-i və yaxud 5 512,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 409,1 mln. dollar və yaxud 0,95% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 404,4 mln. dollar və yaxud 1,07%, AMB-nin valyuta ehtiyatlarında isə 4,7 mln. dollar və yaxud 0,09% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 3 793,8 mln. dollar və yaxud 9,54% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 3 245,2 mln. dollar və yaxud 9,33%, AMB-nin valyuta ehtiyatlarında isə 548,6 mln. dollar və yaxud 11,05% artım olub.

Report.az