Azərbaycan üzrə Açıq Büdcə İndeksi 9 bal artıb | Banco.az

Azərbaycan üzrə Açıq Büdcə İndeksi 9 bal artıb

Azərbaycanda davamlı olaraq büdcə prosesinin beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi, onun şəffaflığının, ünvanlığının və ictimaiyyətə açıqlığının təmin edilməsi istiqamətində aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq cari ilin sentyabr ayının 8-də Beynəlxalq Büdcə Əməkdaşlığının açıqladığı növbəti “Açıq Büdcə İndeksi - 2015” hesabatına əsasən Azərbaycan üzrə Açıq Büdcə İndeksi 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9 bal artaraq 51 bal təşkil etməklə dünya üzrə orta göstəricidən (45 bal) 6 bal yüksək olub.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, sorğuda iştirak edən ölkələr arasında da Azərbaycanın mövqeyi 16 pillə yüksələrək 42-ci yerdə qərarlaşıb.

Büdcə prosesini tənzimləyən qanunvericilik aktlarının daha da təkmilləşdirilməsi və dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və ictimai iştirakçılıq ilə bağlı qanunvericilik aktlarının qəbul edilməsi;

müvafiq dövlət proqramlarının və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi, dövlət büdcəsinin proqramlar əsasında tərtibi prosesinin genişləndirilməsi;

əhalinin məlumatlandırılması üçün dövlət və icmal büdcələrinin layihələrinin Milli Məclisə təqdim olunmamışdan əvvəl “Dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nın hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməklə ictimai müzakirəyə çıxarılması;

növbəti büdcə ili üçün təsdiq olunmuş büdcə üzrə vətəndaşın büdcə bələdçisinin hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi;

Milli Məclisə təqdim olunmamışdan əvvəl dövlət büdcəsinin icrası ilə bağlı müvafiq Qanun layihəsinin və hesabatın Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi;

Ən sərfəli kredit üçün müraciət et

növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə ortamüddətli dövr üzrə (növbəti il və sonrakı üç il) dövlət büdcəsi göstəricilərinin gəlirlərinin təsnifatının və xərclərin funksional təsnifatının bölmələri səviyyəsində, həmçinin həmin dövr üçün icmal büdcənin göstəricilərinin hazırlanaraq Milli Məclisə təqdim edilməsi;

dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsaitin istiqamətlər (sahələr) üzrə bölgüsünün hazırlanaraq Milli Məclisə təqdim edilməsi;

dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılan obyektlərin fəaliyyətə başlanması ilə bağlı tələb olunan xərclərin ortamüddətli büdcə xərclərində (növbəti il və sonrakı üç il üçün) nəzərə alınması;

dövlət büdcəsinin rüblük icrasına dair hesabata icmal büdcənin göstəricilərinin daxil edilməsi və bu istiqamətdə görülən digər məqsədyönlü işlər Azərbaycan üzrə Açıq Büdcə İndeksinin yüksəlməsinə zəmin yaradıb.

büdcə prosesinin təkmilləşdirilməsi və onun bütün mərhələlərində şəffaflığın təmin edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Qeyd edək ki, mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən və müstəqil qeyri-kommersiya təşkilatı olan Beynəlxalq Büdcə Əməkdaşlığı 100-dən çox ölkədə büdcə prosesi zamanı hökumətin əsas büdcə sənədlərinin ictimaiyyət üçün əlçatanlığını və bu sənədlərin faydalı və əhatəli ola bilmə səviyyəsini 100 ballıq şkala ilə müəyyənləşdirir.


Ən sərfəli krediti almaq üçün müraciət et