Azərbaycan bu il oktyabrın 16-20-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyasının 25-ci yubiley sessiyasında iştirak edəcək.
Özbəkistan mətbuatına istinadən verilən məlumata görə, sessiyaya Azərbaycan, Səudiyyə Ərəbistanı, Albaniya, Baham adaları, Bəhreyn, Qvatemala, Haiti, Kot-d-İvuar, İndoneziya, Monako, Niger, Panama, Portuqaliya, Sierra Leone, Ukrayna, Uruqvay və Yəmən kimi ölkələrin turizm təşkilatlarının, departamentlərinin rəhbərlərinin Səmərqəndə gəlməsi gözlənilir.
UNWTO-nın 2 ildən bir keçirilən sessiyasında ümumilikdə 160-a yaxın ölkədən turizm sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, beynəlxalq təşkilatların rəhbərlərinin və turizm biznesinin nümayəndələrinin iştirak etməsi gözlənilir.
Qeyd edək ki, Özbəkistan tarixində ilk dəfə olaraq BMT Baş Assambleyası sisteminin ən mühüm hadisəsi sayılan UNWTO sessiyasının qonaqlarını qəbul edir.
report
Bizi sosial şəbəkələrdən izləyin!!