Azərbaycan Ukraynadan pul köçürmələri üzrə “3-lük”də yer alıb | Banco.az

Azərbaycan Ukraynadan pul köçürmələri üzrə “3-lük”də yer alıb

Ukraynaya 2019-cu ildə xaricdən 12 milyard ABŞ dolları daxil olub, Ukraynadan kənara isə 600 milyon ABŞ dolları köçürülüb.

Bu barədə Ukrayna Milli Bankından bildiriblər.

Maraqlıdır ki, Ukraynadan xaricə pul köçürmələri üzrə liderlər sırasında Azərbaycan da var. Belə ki, yuxarıda göstərilən ümumi məbləğin 6%-i məhz Azərbaycana göndərilib. Bu isə 36 milyon ABŞ dolları deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bu baxımdan öncüllər sırasında Rusiya (31%), Gürcüstan (11%), Çin, Özbəkistan (hər ikisi 5%) da var.

Ukraynaya daxil olan köçürmələr üzrə isə İsrail (14%), İtaliya (9%), Rusiya, Polşa (hər ikisi 7%) liderlər sırasındadır. \

Report

Ən sərfəli krediti almaq üçün müraciət et