2021-2024-cü illərdə Azərbaycanda ÜDM-in ortalama artım tempinin 4% təşkil edəcəyi proqnozlaşdırılır.
Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.
Qeyd edilir ki, 2021-ci ildə Azərbaycanda ÜDM istehsalı 75 752,7 mln. manat (3,4% artım), 2022-ci ildə 81 308,5 mln. manat (5,1% artım), 2023-cü ildə 86 471,4 mln. manat (4,2% artım), 2024-cü ildə isə 91 070,6 mln. manat (3,5% artım) təşkil edəcək.
Bu ilin gözləntilərinə əsasən isə, ölkədə ÜDM istehsalı 4% azalaraq 71,8 mlrd. manata enəcək.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!