Azərbaycan üçün gündəlik neft hasilatı kvotası nə qədər olacaq? | Banco.az

Azərbaycan üçün gündəlik neft hasilatı kvotası nə qədər olacaq?

“OPEC plus” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası oktyabrda 718 min barel olacaq.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, “OPEC plus” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara alıb: “Azərbaycan üçün gündəlik kvota 718 min bareldir”.

Qeyd edək ki, "OPEC+" komitəsi alyansa sazişin avqust parametrlərinə qayıtmağı tövsiyə edib. Bu isə neft hasilatının gündəlik 100 min barel azaldılması deməkdir.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et