Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan ötən ilin yanvar-noyabr aylarında Türkiyəyə 201 milyon 627 min dollar dəyərində 369 min 579 ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 459 milyon 898 min dollar və ya 69,5% azalıb.
Türkiyəyə neft ixracının həcmi isə 2023-cü ilin yanvar-noyabr aylarına nisbətdə 803 min 312 ton və ya 3.2 dəfə azalıb.
Qeyd edək ki, hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!