Azərbaycan Türkiyəyə birbaşa investisiya qoyuluşunda ilk ONLUQDADIR | Banco.az

Azərbaycan Türkiyəyə birbaşa investisiya qoyuluşunda ilk ONLUQDADIR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu 2002-2020-ci illərdə (son 18 ildə) bu ölkənin iqtisadiyyatına birbaşa xarici investisiyaların məbləği 164,6 milyard ABŞ dolları təşkil edib.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, illər üzrə investisiya qoyuluşunun ən yüksək həddi 2007-ci ildə (19,1 milyard ABŞ dolları) qeydə alınıb.

Hesabat dövründə Türkiyə iqtisadiyyatına ən çox pul qoyan 5 ölkə Hollandiya (26,2 milyard ABŞ dolları), ABŞ (12,9 milyard ABŞ dolları), İngiltərə (11,6 milyard ABŞ dolları), Avstriya (10,6 milyard ABŞ dolları), Almaniya (10,1 milyard ABŞ dolları) olub. İlk 10-luğa isə bu ölkələrlə yanaşı, Lüksemburq, İspaniya, Belçika, Fransa və Azərbaycan daxildir.

Dünyanın ayrı-ayrı regionları arasında isə Türkiyə iqtisadiyyatına investisiya qoyuluşuna liderliyi 120,1 milyard ABŞ dolları ilə Avropa edib. Onu 29 milyard ABŞ dolları ilə Asiya və 14,3 milyard ABŞ dolları ilə Amerika qitələri izləyib.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadiyyatın ayrı-ayrı sektorları üzrə investisiya qoyuluşuna gəlincə, ilk sırada 54,2 milyard ABŞ dolları ilə maliyyə, 18,1 milyard ABŞ dolları ilə enerji, 14,4 milyard ABŞ dolları ilə informasiya və rabitə, 11,1 milyard ABŞ dolları ilə isə topdansatış və pərakəndə ticarət sektorları qərarlaşıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et