Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 16 %-ə yaxın azaldıb | Banco.az

Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 16 %-ə yaxın azaldıb

2025-ci ildə Azərbaycan Türkiyədən 9,472 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

 Türkiyə İxracatçılar Məclisi  xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 15,7 % azdır.

Təkcə ötən ilin dekabrında Türkiyə Azərbaycana 1,255 milyon ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 10,5 % azdır.

Ötən il Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 1 % azalaraq 2,839 milyard ABŞ dolları, dekabrda isə 15,4 % artaraq 285 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox xalça idxalını ABŞ 734,885 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,3 % az), Səudiyyə Ərəbistanı 299,314 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,3 % çox) və İraq 297,565 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 12,7 % çox) dəyərində həyata keçirib.

report