Türkiyənin İstanbul şəhərində V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
İqtisadiyyat Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə keçiriləcək forum noyabrın 16-da baş tutacaq. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.
Azərbaycanın nümayəndə heyətinin tərkibində İstanbula səfər etmək və tədbir haqqında məlumat almaq istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.
Mənbə: Report.az