Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2023-cü ilin yanvar-dekabr aylarında 26.6 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 13.7 milyard ABŞ dolları təşkil edib. Bu müddət ərzində ixrac edilən təbii qazın miqdarı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40.4% artıb, dəyəri isə 8.7% azalıb.
Qeyd edək ki, ötən ilin 12 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 40.35% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!