Azərbaycan suveren reytinqin müəyyənləşdirilməsi üçün ekspertlərə 2,7 mln. manat xərcləyəcək | Banco.az

Azərbaycan suveren reytinqin müəyyənləşdirilməsi üçün ekspertlərə 2,7 mln. manat xərcləyəcək

Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması və digər işlərin qiymətləndirilməsi üçün ekspertlər cəlb ediləcək.

Bu, prezident İlham Əliyevin ötən gün imzaladığı "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.

Ən sərfəli kredit üçün müraciət et

Fərmana əsasən, gələn il Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması və digər işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsinə 2 mln. 700 min 500  manat ayrılıb.

Mənbə: Apa.az