Azərbaycan süd və qaymaq idxalını artırıb | Banco.az

Azərbaycan süd və qaymaq idxalını artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 min 327 ton süd və qaymaq idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu həcmdə süd və qaymağın dəyəri 17 milyon 175 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 1 697 ton (25,5 %), dəyər baxımından isə 5 milyon 933 min ABŞ dolları (52,7%) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,15 %-ni təşkil edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram