Azərbaycan süd və qaymaq idxalını 16%-dən çox artırıb | Banco.az

Azərbaycan süd və qaymaq idxalını 16%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyun aylarında (birinci yarısında) 12 milyon 990 min dollar dəyərində 6 084 ton süd və qaymaq idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar illik müqayisədə müvafiq olaraq 58,5% və 16,6% çoxdur.

Ötən ilin birinci yarısında idxal edilən süd və qaymağın dəyəri 8,2 milyon dollar, həcmi isə 5 218 ton olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram