Azərbaycan şirkətləri banklardan imtina edir | Banco.az

Azərbaycan şirkətləri banklardan imtina edir

Bu ilin yanvar-avqust ayların ərzində Bakı Fond Birjasında (BFB) bağlanılan əqdlərin ümumi məbləği 7,17 milyard manat təşkil edib. BFB-yə istinadən verdilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 57% və yaxud 2,61 milyard manat çoxdur. Hesabat dövründə əqdlərin sayı isə 3604-dən 4161-ə qədər, yəni təxminən 15% artıb.

Dövlət qiymətli kağızlar bazarı 7% artımla 4,04 milyard manat təşkil etdiyi halda, korporativ bazar 4 dəfəyə yaxın artımla 3,13 milyard manat olub.

Ayrı-ayrı fond bazarı alətləri arasında ən ciddi artım isə korporativ istiqrazların yerləşdirilməsində olub – təxminən 22 dəfə. Bu bazar üzrə əqdlərin həcmi 1 milyard 815 milyon manat təşkil edib. Qeyd edək ki, korporativ istiqrazlar şirkətlərin vəsait cəlb etməsi üçün bank kreditlərinə ən ciddi alternativ sayılırlar. Başqa sözlə, getdikcə daha çox şirkət vəsait cəlb etmək üçün bankdan kredit götürməkdənsə, istiqraz buraxmağa üstünlük verirlər.  

8 ay ərzində səhmlərin ilkin bazarı 2,7 dəfə böyüyərək 790 milyon manata qalxıb, təkrar səhm bazarı isə təqribən 5 dəfə azalaraq 3,09 milyard manata düşüb.

Bazarın seqmentləri

2014 (31.08.14)

2013 (31.08.13)

Dinamika

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AR MN) –  (yerləşdirmə)

58,557,735.96

23

61,803,101.77

37

- 5,25%

Dİ (AR MN) – 

(təkrar bazar)

19,266,344.13

14

12,949,227.52

4

1,49 dəfə

Notlar (AR MB) – (yerləşdirmə)

123,081,500.70

40

219,897,013.45

83

44,03%

Notlar (AR MB) –

(təkrar bazar)

302,813,539.11

22

43,955,612.02

4

6,89 dəfə

Repo əməliyyatları

3,535,442,985.80

292

3,434,774,077.58

353

2,93%

DQK bazarı cəmi

4,039,162,105.70

391

3,773,379,032

481

7,04%

Korporativ istiqrazlar – (yerləşdirmə)

1,814,596,643.94

72

83,333,524.60

59

22 dəfə

Korporativ istiqrazlar – (təkrar bazar)

522,991,485.87

197

396,611,996.93

130

1,32 dəfə

Səhmlər – (yerləşdirmə)

789,443,537.10

578

291,808,611.69

261

3,71 dəfə

Səhmlər – (təkrar bazar)

3,091,921.03

2,923

14,107,252.28

2,673

- 78,08%

KQK bazarı cəmi

3,130,123,587.94

3,770

785,861,385.50

3,123

3,99 dəfə

Cəmi

7,169,285,693.64

4,161

4,559,240,417.84

3,604

57,25%

Ən sərfəli kredit üçün müraciət et

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et