Azərbaycan şirkəti fındıq satışından 800 min dollar qazanacaq | Banco.az

Azərbaycan şirkəti fındıq satışından 800 min dollar qazanacaq

Azərbaycan şirkəti 28-ci "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində 800 min dollar dəyərində müqavilə imzalayıb.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

"28-ci "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində Azərbaycan şirkəti 132 ton fındığın tədarükü haqqında 800 min dollar dəyərində müqavilə imzalayıb”, - deyə o, bildirib.

Lakin Y.Abdullayev təchizatçı şirkətin adını açıqlamayıb.

Xəbər verildiyi kimi, 24-27 sentyabr tarixlərində keçirilən sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur. Vahid ölkə stendinin ümumi sahəsi 415 kvadratmetrdir.

© “İnterfaks-Azərbaycan”