Azərbaycan "sıfır emissiya"ya çatmaq üçün ildə 4-6 milyon dollar vəsait cəlb edəcək | Banco.az

Azərbaycan "sıfır emissiya"ya çatmaq üçün ildə 4-6 milyon dollar vəsait cəlb edəcək

2050-ci ilə qədər xalis "sıfır emissiya"ya çatmaq üçün 2030-cu ilə qədər bərpa olunan enerjiyə, texnologiyaya və infrastruktura ildə 4-6 milyon ABŞ dolları vəsaitin cəlb edilməsi nəzərdə tutulub.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib.

"Azərbaycan "Dayanıqlı İnkişaf Məqsədləri-2030" gündəliyinə qoşulub. Ölkəmiz regionda ilk dəfə BMT-nin forumuna 3 könüllü milli hesabat təqdim edib.Həmin hesabatlar "yaşıl" artımı özündə əks etdirir, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi ilə bağlı öhdəliyi özündə əks etdirir", - deyə o qeyd edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et