Azərbaycan şərablarının maya dəyəri niyə baha başa gəlir? | Banco.az

Azərbaycan şərablarının maya dəyəri niyə baha başa gəlir?

Azərbaycanda yüksək keyfiyyətli şərabların hazırlanmasında istifadə olunan butulka, etiket, kapsul və tıxac xaricdən idxal olunur.

Bu barədə menecer Nicat Həsənov məlumat verib. O, bu səbəbdən hazır məhsulun maya dəyərinin baha başa gəldiyini qeyd edib:

"Qiymətlərin baha olması xarici rəqabətə mənfi təsir edir. Düzdür, Azərbaycanda tıxacın hazırlanması üçün tələb olunan ağac materialı bizdə yoxdur. Buna görə tıxacı Fransadan alırıq. Fransa da xammalı Portuqaliyadan idxal edir. Lakin butulka, etiket və alüminium materialdan olan kapsulu yerli şəraitdə istehsal etmək mümkündür".

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et