Şəmkirdə yerləşən “Şərq ulduzu” MMC şərabçılıq müəssisəsi yeni xarici bazarlara məhsul ixracını təşkil etməyə hazırlaşır.
Bunu şirkətin rəhbəri Əsgər Alırzayev deyib.
Onun sözlərinə görə, bu il şirkət Hindistan və Vyetnama şərab ixrac etməyi planlaşdırır:
Bundan başqa, ehtiyatda Rusiya və Çin kimi ənənəvi bazarlar var. Biz bu ölkələrə tədarükü artırmağı planlaşdırırıq. Bundan əvvəl biz Monqolustana ixracı təşkil etməyi nəzərdə tutmuşduq. Monqolustan bazarında Azərbaycan məhsullarına maraq var, amma logistika ilə bağlı müəyyən problemlər mövcuddur. Biz indi bu ölkəyə çıxış üçün optimal variantlar axtarırıq və hesab edirik ki, ortamüddətli perspektivdə Monqolustana məhsulumuzu ixrac edə biləcəyik”.
Qeyd edək ki, “Şərq ulduzu” MMC-yə məxsus plantasiyalarda “Şardone”, “Bayan-Şirey”, “Merlot”, “Şiraz” üzüm sortları yetişdirilir.