Azərbaycan Sənaye Bankının İdarə Heyətinin sədri Hüseyin Özmen vəzifəsindən istefa verdiyi bildirilir.
Məlumat “Azərsun Holdinq”dən də təsdiq edilib.
“Bəli, məlumat doğrudur. Onunla bağlanılmış müqavilə də başa çatmışdır”, - deyə Holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov bildirib.
Onun yerinə təyinat olmayıb.
Hüseyin Özmen 1945-ci ildə Türkiyə Respublikasında anadan olub, “Ankara İqtisadi və Ticarət Elmləri Akademiyası”nı “Dünya iqtisadiyyatı” ixtisası üzrə bitirmişdir. O, Bank sahəsi üzrə umumi olaraq 28 illik bank təcrübəsinə malikdir. İş fəaliyyətinə “Türkiyə Mərkəzi Bankı”nda mütəxəssis olaraq başlamış, daha sonra “Türkiyə Ziraat Bankı”nda müfəttiş olaraq çalışmış və rəhbər vəzifəsinə kimi yüksəlmişdir. Azərbaycan Respublikasında “Azər-Türk Bank”ın və “Turan Bank”ın İdarə Heyətinin Sədri vəzifəsində, daha sonra Azərbaycanda “Dünya Bankı”nın maliyyələşdirdiyi və Azərbaycan Hökümətinin dəstəklədiyi “Kənd Təsərrüfatının İnkişafı və Kredit Layihəsi”ni həyata keçirən “İcraçı Kredit Agentliyində” İdarə Heyəti Sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır.