Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycanın Rusiyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 5 milyon 504 min dollar və ya 7,3% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ay Rusiyaya qeyri-neft ixracının dəyəri 81 milyon 85 min dollar təşkil edib.
2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 75 milyon 581 min dollar olub.
Qeyd edək ki, ötən ay Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 245 milyon 776 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!