Azərbaycan Rusiya ilə birgə gəmi istehsal etmək niyyətindədir | Banco.az

Azərbaycan Rusiya ilə birgə gəmi istehsal etmək niyyətindədir

Azərbaycan Rusiya ilə birgə müxtəlif növ gəmilərin istehsalını planlaşdırır. "APA-Economics"in əldə etdiyi məlumata görə, Azərbaycan birgə istehsalı planlaşdırılan gəmilərin sayı və növlərini əks etdirən siyahını Rusiyaya təqdim edib. Hazırda sözügedən siyahı Rusiya tərəfindən işlənilir və yaxın zamanlarda Azərbaycana təqdim olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunan məsələyə dair bu ilin noyabr ayında Azərbaycan nümayəndə heyəti Rusiyanın bir sıra gəmi istehsalçı müəssisələrinə səfər edib. Onların sırasında "Lotos", Qorkiy adına Zelenodolsk zavodu və "Krasnoe Sormovo" zavodunu qeyd etmək olar.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et