Azərbaycan qızıl ixracından gəlirini 54% artırıb | Banco.az

Azərbaycan qızıl ixracından gəlirini 54% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycan 326.2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 114.4 milyon dollar və ya 54% artıb.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Məlumata görə, təkcə dekabr ayında ixrac edilən qızılın dəyəri 29.2 milyon dollar olub ki, bu da 2024-cü ilin dekabrına nisbətən 4 milyon dollar və ya 15.9% artım deməkdir. 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 211.8 mln. ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram