Azərbaycan qeyri-neft sektoru üzrə ən çox hansı ölkəyə məhsul ixrac edib? | Banco.az

Azərbaycan qeyri-neft sektoru üzrə ən çox hansı ölkəyə məhsul ixrac edib?

Bu ilin aprel ayında qeyri-neft ixracı 275 mln. dollar təşkil edib. 2023-cü ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,3 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 208,7 mln. dollara bərabər olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, cari ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (84,5 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (65,5 mln. dollar) ikinci və Gürcüstan (33,4 mln. dollar) üçüncü olub.

    Bu ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (32,6 mln. dollar) birinci, pomidor (tomat) (23 mln. dollar) ikinci və qızıl (18,9 mln. dollar) üçüncü olub.

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram