Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyun aylarında 1 milyard 773 milyon 346 min dollarlıq qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 22% çoxdur.
Hesabat dövründə Azərbaycanın əsas qeyri-neft idxalçıları Rusiya, Türkiyə və Gürcüstan olub. İlk 10 idxalçı ölkənin siyahısı isə cədvəldəki kimidir:
Ölkələr |
İxracın məbləği |
Rusiya |
552,3 mln. dollar |
Türkiyə |
512,5 mln. dollar |
Gürcüstan |
180,3 mln. dollar |
İsveçrə |
68,6 mln. dollar |
Qazaxıstan |
58,1 mln. dollar |
Türkmənistan |
45,7 mln. dollar |
Ukrayna |
36,8 mln. dollar |
Birləşmiş Ərəb Əmirlikləri |
28,4 mln. dollar |
Özbəkistan |
22,5 mln. dollar |
İtaliya |
21,7 mln. dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!