Azərbaycan qeyri-neft məhsulları ixracını xeyli artırıb | Banco.az

Azərbaycan qeyri-neft məhsulları ixracını xeyli artırıb

Banco.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2015-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 133 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 84 ölkəyə əmtəə ixrac olunub, 120 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 41-i Asiya ölkələri və digərləridir. 

Beş ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 11723,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 7655,8 milyon dollar, idxalın həcmi 4067,8 milyon dollar təşkil edib, nəticədə 3588,0 milyon dollarlıq müsbət saldo yaranıb. 

Ən sərfəli kredit üçün müraciət et

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. 
Yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 24,4 faiz artaraq 732,1 milyon dollar təşkil edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et