Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin tikintisinə oktyabrdan başlanılacaq | Banco.az

Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin tikintisinə oktyabrdan başlanılacaq

Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria; IGB) tikintisində sürətli mərhələ qaz nəqli sazişlərinin imzalanmasından və Avropa tənzimləyici qurumlarının tələbləri yerinə yetirildikdən sonra başlayacaq. Bu barədə bildirən "SOCAR Balkans" şirkətinin icraçı direktoru Murad Heydərov prosedur məsələlərinin oktyabr ayının əvvəlinədək həll olunacağını və bundan sonra, yəni gələn ayın əvvəlindən sözügedən boru kəmərində sürətli tikinti işlərinə başlanacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazın Bolqarıstana nəqli məqsədilə inşa olunacaq IGB Trans Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək. IGB vasitəsilə "Şahdəniz-2" yatağından Bolqarıstana ildə 1 milyard kubmetr təbii qazın tədarükünə dair "Bulqarqaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycandan idxal hesabına Bolqarıstan qaz ehtiyaclarının 25-30 faizini ödəyəcək. Məcmu investisiya dəyəri 220 milyon avro olan IGB kəmərinin 2020-ci ilin ikinci yarısında hazır olacağı gözlənilir. Ümumi uzunluğu 182 kilometr, o cümlədən Bolqarıstan ərazisində 150 kilometr olan kəmərin nəqletmə gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et