Azərbaycan qaz ixracını 34 faiz artırıb | Banco.az

Azərbaycan qaz ixracını 34 faiz artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 6,94 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. Hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 1,42 mlrd. ABŞ dollara yaxın təşkil edib ki, bu, 1,6 dəfə artım deməkdir.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

Apa.az