Azərbaycan Portuqaliyaya neft ixracını 7 dəfə artırıb | Banco.az

Azərbaycan Portuqaliyaya neft ixracını 7 dəfə artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında Portuqaliyaya 404 milyon 303 min dollar dəyərində 640,1 min ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 341 milyon 405 min dollar və ya 6,4 dəfə artıb.

Portuqaliyaya neft ixracının həcmi isə ötən ilin yanvar-iyul aylarına nisbətdə 6,9 dəfə artıb. 

Hesabat dövründə iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 412,8 milyon dollara bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et