Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası “II Outlet Garage Günləri”-ni təşkil edir
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ölkəmizdə “outlet” biznesinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam edir “Outlet” biznesinin Azrbaycanda inkişaf etdirmək məqsədi ilə, AFRA və Parkbulvar AVM-in birgə təşkilatçılığı ilə Bakıda növbəti “II Outlet Garage Günləri” keçiriləcək.
Çoxsaylı müraciətləri nəzərə alaraq təşkil edilən “Outlet Garage Günləri”, 27 oktyabr – 7 noyabr tarixlərində Park Bulvar AVM-in mənfi ikinci mərtəbəsində hər gün, saat 10:00-dan 22:00-a kimi baş tutacaq.
60-dan çox məşhur dünya brendinin geyim və aksessuar çeşidlərinə “ticarət bayramı” günlərində 90%-ə qədər endirimlər tətbiq ediləcək.
Qeyd edər ki, “ I Outlet Garge Günləri” 1-14 aprel tarixlərində təşkil edlilmişdir, həm sahibkarlar, həm də istehlakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Bizi sosial şəbəkələrdən izləyin!!