Azərbaycan Özbəkistana birbaşa investisiya qoyuluşunu 57%-dək azaldıb | Banco.az

Azərbaycan Özbəkistana birbaşa investisiya qoyuluşunu 57%-dək azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Özbəkistan iqtisadiyyatına 34 milyon 421 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44 milyon 893 min ABŞ dollar və ya 56,6% azdır.

Hesabat dövründə Azərbaycanın Özbəkistan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,7% təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 38 milyon 685 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram