Azərbaycan ötən il neft-qazın nəqlindən 7 milyon manat gəlir əldə edib | Banco.az

Azərbaycan ötən il neft-qazın nəqlindən 7 milyon manat gəlir əldə edib

2022-ci ildə neft və təbii qazın Azərbaycan ərazisi ilə nəqlindən əldə edilən gəlirlər (tranzit haqqı) 4,2 milyon ABŞ dolları və yaxud 7,2 milyon manat təşkil edib.

Bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.

Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,8 milyon manat) nisbətən 14,6 milyon manat və yaxud 66,9% az icra olunub, habelə 2021-ci ilə nisbətən (21,4 milyon manat) bu gəlir maddəsinin icrasında 14,2 milyon manat və yaxud 8,3 milyon ABŞ dolları azalma qeydə alınıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et