Azərbaycan ötən il 6 mln. manatdan çox sığorta xidməti ixrac edib | Banco.az

Azərbaycan ötən il 6 mln. manatdan çox sığorta xidməti ixrac edib

2023-cü ildə Azərbaycan ilk dəfə "Yaşıl Kart" çərçivəsində 6 milyon manatdan çox sığorta xidməti ixrac edib.

Bu barədə İcbari Sığorta Bürosundan bildirilib.

Qeyd edilib ki, Azərbaycanda 2023-cü ildə 57347 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 10 milyon 131,25 min manat sığorta haqqı toplanıb. 2022-ci illə müqayisədə sığorta müqavilələrinin sayında 2.6 dəfə, sığorta haqlarında isə təqribən 3 qat artım müşahidə edilib. Artımın ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılmasıdır.

Belə ki, 2023-cü il ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün 12335 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 6 milyon 144,9 min manat sığorta haqqı toplanıb. Həmin sığorta müqavilələrinin təqribən 9075 ədədi Qazaxıstan, 3260 ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub. Beləliklə, dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 6 milyon manatdan çox sığorta xidmətini ixrac ediblər. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 179,2 min manat sığorta ödənişi həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram