Azərbaycan ötən il 4,3 mlrd. manatdan çox xarici investisiya cəlb edib | Banco.az

Azərbaycan ötən il 4,3 mlrd. manatdan çox xarici investisiya cəlb edib

2021-ci ildə Azərbaycanda əsas kapitala 4,333 mlrd. manat həcmində xarici investisiya cəlb olunub.

Bu göstərici 2020-ci il ilə müqayisədə 15,3% azdır.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3,970 mln. manatı (91,6%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, ümumilikdə ötən il Azərbaycanda əsas kapitala 16,127 mlrd. manat investisiya yatırılıb ki, bu da illik müqayisədə 8,2% azdır.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et