Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2025-ci ildə 12 milyard 91 milyon 147 min ABŞ dolları dəyərində 23 milyon 381 min 285 ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2024-cü illə müqayisədə 16,3%, neftin həcmi isə 0,9% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 48,28% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
