Azərbaycan neftinin qiyməti dəyişməyib | Banco.az

Azərbaycan neftinin qiyməti dəyişməyib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti dəyişməyib.

Azərbaycan neftinin qiymətinin sabit qalmasına səbəb “Şükranlıq Günü” (Thanksgiving Day) səbəbindən birjaların noyabrın 24-də qapalı olmasıdır.

Qeyd edək ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti əvvəlki günlər olduğu kimi 50,03 dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et