Azərbaycan neftinin qiyməti dəyişməyib | Banco.az

Azərbaycan neftinin qiyməti dəyişməyib

Mayın 30-da İngiltərədə qeyd edilən “Spring Bank Holiday” bayramı ilə əlaqədar iş günü olmayıb və bu səbəbdən Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neft üzrə hərrac aparılmayıb.

"Report" xəbər verir ki, "AzeriLTCIF" markalı neftin bir barelinin qiyməti ötən həftə olduğu kimi 50,87 dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et