Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiymətində heç bir dəyişiklik olmayıb.
Ötən gün Böyük Britaniyada "Bank Bayramı"nın keçirilməsi birjaların işinə də təsir edib. Bununla da "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti ötən həftə olduğu kimi 50,54 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.