CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 33,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 31,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 27,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 31,85 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel çoxdur.
Trend