Azərbaycan neftinin qiyməti | Banco.az

Azərbaycan neftinin qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 70,79 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,37 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Ən sərfəli kredit üçün müraciət et

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,51 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,23 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et